adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Aprel 2015 15:37
49229
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyonazərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsiqəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımızagəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımızagələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik.Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Buüzdən Adalet.az saytının oxucularına intellektual Facebookistifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yənionların yazdıqlarını göydən yerə düşürdük.

"Göyvirtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimizstatuslara nəzərən bir status

                                                

                                                                         ***

Fazil Mustafa: "Azərbaycanda"prestij nömrə" deyilən bir xəstəlik var. Telefonda, maşında"zerkalnı nömrə" istəyənlərin sayı hesabı yox. İmkanı çatan Marsdatorpaq alırmış kimi bu nömrələrdən ələ keçirməyə çalışır. Hərdən mənə də iradtuturlar ki, sənin sözünü eşidirlər, niyə öz maşınına bərk gedən nömrəalmırsan, açığı gülməyim gəlir. Əlbəttə, ancaq kommersiya marağı baxımındanbuna can atılsaydı, anlamaq olardı, yəni maşını satanda nömrə də üzərində birneçə min artığa satılması perspektivi var. Ancaq əminəm ki, xeyli sayda insanüçün sadəcə bir nömrə xəstəliyi var. Niyə bu amili xatırladım, indi söyləyim. Hərdəfə binanın həyətində maşınımı park etmək üçün mənə ayrılmış yerə yaxınlaşandaqonşulardan birinin maşının orada park etdiyini görürəm. Gözətçi çıxıb adama xəbərdarlıqedir, adam da tələsik düşüb maşınını başqa bir yerdə saxlayır və hər dəfə də"müəllim, üzr istəyirəm, düşündüm ki, yəqin gec gələrsiniz" deyibevinə yollanır. Ən azı hər dəfə 5 dəqiqə vaxtım itir. Alman deyil, rus deyil,gürcü də deyil, heç erməni də deyil. Azərbaycanlıdır. Ona görə də deməyə lüzumgörmürəm ki, bu yer mənim maşınım üçün qeyd olunub, başqasının yerində saxlamaqdoğru deyil. Səbrlə bunu anlayacağını gözləyirəm. Siyasət də belədir. Səbrlə bəzənbir şeylərin özlüyündən anlaşılmasını gözləməlisən. Bu gün təsadüfən şəxsinitanımadığım həmin bina qonşumun maşının nömrəsinə diqqət yetirdim və hamınıheyrətə gətirəcək bir ardıcıl nömrəsi olduğunu gördüm, yəni tam"zerkalnı". Təbii ki, bahalı maşın, bahalı nömrə, ancaq çatmayan əsasbir komponent var: səviyyə. Mənim bir dostumun klassik sözünü hər zaman zövqləxatırlayıram: Səlahiyyət insanın özüdür, öz şəxsiyyətidir. Ona görə də özünüz hərsahədə düşüncə və davranışınızla bir nömrə olmağa çalışın ki, maşınınızın,telefonunuzun nömrəsi ilə prestij axtarmayasınız”


                                                                           ***

Günel Cəlilova: "Bu gün efirə dəvətolunan müğənnilər Kayahanın mahnılarını ifa edir. Qurban olum sizə oxumayın. Ogözəl mahnıları olmayan səsinizlə bərbad hala salmayın


                                                                          ***

Zəminə Əliyeva: "Məncə ədəbiyyatyaradanlar Allahın yerdəki rəqibləridir”


                                                                           ***

Əvəz Rüstəmov: "Əlimizdəki erməni əsgərermənilərə səslənərək onları biz tərəfə çağırır. Bu zalımın balasına deməklazımdır ki, banandan-manandan yeyib meymunluq eləməsin. Yox bir hamı keçsin butərəfə. Biz də sizin hamınızı yedizdirək, içizdirək hə? Axmaq oğlu axmağındanışığına bax da”


                                                                           ***

Aqşın İbrahimi: "Futbolumuz neftdəndüzələn "konfet" idi. Qorxuram, kriminalni yazar Çingiz Abdullayevin"Neftçi"yə prezident təyin olunmasından sonra, neft cinayətlərindənyazılmış qara bir kitab olsun”


                                                                            ***

Tural İsmayılov: "Nə qədər ki, biz mətbuatdacinayət xəbərlərini "namus cinayəti” kimi tədim edəcəyik, öldürənlər artacaq. Nəqədər ki, məhkəmələrdə namus cinayəti törədənlərə gizli rəğbət olacaq, ölənlərinsayı azalmayacaq. Nə qədər ki, həbsxanalarda qatilə
qatil kimi yox, "namusunu təmizləmiş kişi” kimiyanaşacaqlar, qanlı bıçaq şəkilləri manşetlərdən düşməyəcək.(c)”


                                                                           ***

Şamxal Şəbiyev: "Saçının bir teliüçün dünyanı dağıdaram deyen adam, o saç yeməkdən çıxdığı zaman qadınındünyasını darmadağın edir”


                                                                          ***

Röya Nağıyeva: "Xahiş edirik,"kişi kimi qız " ,"kişi xasiyyətli qız" kimi 'tərif'ləriniziyapışdırmayasınız bizə.nə edək, qadınlaraxas həssaslıga ,dərin təhliletmə və zərifduygulara sahib kişilərə də "arvad kimi" kişi deyək biz də?


                                                                         ***

İradə Cəlil: "Həyat mənim üçünçox maraqlı idi, ilk əmək haqqım ilə yemək alana qədər..


                                                                        ***

İntiqam Valehoğlu: "Ərə tez gedənqızlar tez də qocalırlar”


Sübhan Mahmudlu