adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Dekabr 2015 14:30
98127
RUBRİKA

Facebookun "dolla"ı - Statuslar - YENİLƏNİB

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həminadamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                     ***

Bu gün verəcəyimiz "Facebook gündəliyinin” girişdəyazdığım məsələyə heç bir aidiyyatı yoxdur. Sadəcə, dolların qalxmasından sonra"facebook”da nələr baş verdiyini istədik ki, siz də görəsiniz. Sözün əsl mənasındayazılan statuslar "facebook” da "zəlzələ” yaradıb. Günün əsas mövzusu DOLLARolandan sonra əlbəttə ki, zehnimiz, gözümüz, könlümüz də maddiyyatla, yox e... maddiyatsızlıqla DOLAR... 

Bu günkürubrikamızın adı "Facebookun "dolları”" olsun. Görək dollarla bərabəremosiyalar nə dərəcədə artıb?!

                                                                         ***

Aynur Camal:"Dietanı pozmaq... yağlı, duzlu, şirin... nəgəldi yemək istəyirəm... Bu günün əhval-ruhiyyəsi...”


                                                                         ***

İradə Cəlil: "Yaxşıdı da, az yeyib, ictimia nəqliyyatdan istifadə edibarıq qalacğıq. Belə baxanda elə kasıb olmaq yaxşıdır, itirməyə heç nəyin olmur.Başının üstündə damın varsa, şirin-şirin yata bilirsən. Nə də cəhənnəm əzabıgözləmirsən səni. Çünki cəhənnəmi elə bu dünyada yaşayırsan da ...”


                                                                         ***

Mehman Muradlı: "Sərbəst stil üzmə

Bras üzmə

Delfin üzmə

Arxa üstə üzmə

Kompleks üzmə yәnihәlәlik sәrbәst üzmәdәyik.

Qabaqda 4 növü varhәlә”.


                                                                           ***

Vüqar Abbasov: "Manat üzə bilər, millət isə batır. Dollarınqalxması heç kimə təsirsiz keçməyəcək, hamı burdan oz "payını "alacaq...”


                                                                             ***

Jalə Mütəllimova: "Təklif eləmək lazımdır ki, dollar "üzməyəbaşlamazdan" öncə kim kreditini hansı məbləğdə ödəyirdisə heç olmasa oadamlara güzəştlər tətbiq edilsin. Bu hansı formada ola bilər, bilmirəm.Bildiyim bir odur ki, o təbəqə ki, çiynində bütün Azərbaycanın yükünü çəkir buartım onun dizini qırır. İnsanlar var aldığı ev kreditdədir. Evsizliyin nə deməkolduğunu evsiz olan bilər. İndi bu gözlənilməz artım onlarla ailəni küçədəqoyur. Axı bu yaxşı heç nə vəd vermir. Hər şeyini itirən adamlar nəyə desənqadirdir. Sıravi vətəndaşı, hər şey eləyə biləcək adama çevirmək isə ölkəolaraq bizə heç nə vermir, bir şeydən başqa. Onu da düşünmək belə qorxulu gəlir...”


                                                                              ***

Tamilla Qulami: "Yenə statuslar yazıb, əsəbimizi töküb,rahatlayıb, gedib başımızı atıb yatacağıq... Bu da adiləşəcək..”


                                                                              ***

Bahadur Qubustan Seyidov: "Manatın evi yıxıldı...”


                                                                               ***

Xalid Kazımlı: "Valyutamız Nabrana gedir, üzəcək”


                                                                                ***

Firuz Mustafa: "Bəziləri deyir ki, mənim vecimə deyil: nədollarım var, nə də manatım... Sabah ət 20 manata, yağ 15 manata, yumurta 1manata qalxanda veclərinə olacaq...”.


                                                                               ***

Elməddin Muradlı: "Dostlar, manat milli valyutamizdir. Manatinüzməyi, qalxmagi, düşməyi normaldir. Vay o gündən ki, manat pis yola düşsün”


                                                                              ***

Nigar isfəndiyar: "Üzü göyə uçan dollar səni görüm yerə girəsən ".



                                                                                ***

Fazil Mustafa: "Manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar... Təbii ki, bizdən aslıl proses deyil, Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyətə bu yerə getirib çıxartdı. Uzun illər yəqin ki, bu dalandan qurtulmamız mümkün olmayacaq. Bununla belə, mən Azərbaycan Mərkəzi Bankı tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinəyəm. Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir... Üstəlik də ötən müddət ərzində inhisarçılığın azaldıılmasına yönəlik ciddi iqtisadi siyasət izlənmədiyinə görə, bundan sonra yeni bir şəraitə iş adamlarını uyğunlaşdırmaq da xeyli çətilnliklər yaradacaq. Onsuz da üzgüçülük üzrə heç bir mötəbər yarışda ciddi bir uğurumuz yox...Yəni həm idman qaydasında, həm də iqtisadi qaydalarda üzmək qabiliyyətimiz demək olar ki, sıfırdır. İndi bu qısa vaxt ərzində üzmək cəhənnəm, heç olmazsa, xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənmək məcburiyyətindəyik".



Vüsalə Məmmədova: "Səhər-səhər hamının kefi elə pozuldu ki, bunadeyirlər maddiyatın mənəviyyatın qarşısına keçməsi. Oysa hamımız qəşəng əhval-ruhiyyəilə yeni iş həftəsinə başlamışdıq. İlin son iş həftəsində bütün yarımçıqlarıbitirəcək gücümüz vardı...”


                                                                       ***

Əmrah Fəqanoğlu: "Necə olursa-olsun, dolların bahalaşmasıkontekstində panikaya, pessimizmə, ümidsizliyə qapılmağa dəyməz. Azərbaycangüclü dövlətdir, bütün sınaqlardan da inşallah, dəyanətlə çıxacaq. Bu prosesbütün dünyanı bürüyüb. Məsələn, rus rublu neçə illərdir ölə-ölə gedir, ammaRusiya əhalisi buna rəğmən daha böyük dözüm və birlik nümayiş etdirir. Unutmaqlazım deyil ki, biz hamımız okeanda üzən eyni gəminin sərnişinləriyik. Gəmininzədələnməsi ilə hər birimizin həyatı təhlükədə qala bilər. Odur ki, ən çətin məqamlardaöz millətimizə,Vətənimizə, müstəqil dövlətimizə daha çox məhəbbət bəsləməli, sədaqətnümayiş etdirməliyik. Ən əsaslı da bir-birimizə arxa-dayaq olmalıyıq!
Mən sadəcə,bir jurnalist olaraq ürəyimdən keçənləri paylaşmaq istədim...”


                                                                         ***

Səidə Haqverdiyeva: "1dollar 1.5 oldu, di sabahiniz xeyir! Dahaburaxın Qənirənin yaxasını, tutun dolların ətəyindən görək başımıza nə gəlir, havadan basqa”.


                                                                          ***

Mübariz Aslanov: "Mən dəqiq üzməyi bacarmıram. batacam )

Üzən məzənnə rejiminə keçiddən sonradollar 1,55 manat, avro 1,7 manat olub”.


                                                                           ***

Zeynəb Kazımova: "Dollar qalxdı ceyranın belinə...”.


                                                                            ***

Fərahim Qasımov: "Allah bəlanızı versin... Bütün kreditlərimdollarladı...”.


                                                                             ***

Azər Sarıyev: "Borclu olduğum insanlar və banklar! Gözünüzüməndən çəkin. Manat nə zaman üzüb geri qayıdar, borclarınızı qaytararam”.


                                                                              ***

Günəş Hüseynova: "Əsas səhifədə üzüaşağı düşürəm. 97% dostlar"dolların bahalaşması" ilə bağlı status paylaşıb. Nervidən məni gicgülmək tutub. Səhər-səhər bu nə xəbərdi, paylaşmısınız? Adətən fb-ya girən kimisəhifələrdə "filan qadın özünü 16-cı mərtəbədən atdı", "filankişi özünü yandırdı", "filan rayonda ağır yol qəzası" başlığıaltında bəd xəbərlərlə günə başlayırıq. Amma bugünkü xəbər onlardan da betəroldu. Çünki, orda bir nəfər ölürdü, amma dolların bahalaşması ilə Azərbaycandakasıbların hamısı həm mənən, həm də aclıqdan öləcək. Doğrudan da, deyildiyikimi, Azərbaycanda bir kasıb qalmayacaq. Allah axırımızı xeyir eləsin...”.


                                                                             ***

Fidan Həsənzadə: "Deyir, bu sabahların bir anlamı olmalı. Bugünün anlamı 1$=1.55 AZN.
Rəsmiməlumatdır, batırıq”.


                                                            

                                                                               ***

Əziz Əlibəyli: "Bir ildə 100 % devalvasiya ... Olmadıki...”.


                                                                                ***

Gülnarə İlham: Manatdan müsahibə alıblar: "Mən hələbelə üzməmişdim, qardaş. Deyəsən dozam çox olub. Noluyor, başım dönüyor, dünyadönüyor" Qolundan tutub sürüyə-sürüyə Maştağaya Ruhi Əsəb Dispanserinəapardılar”.


                                                                                 ***

Anar Rasulov:"Manatı görən olmadı?”


                                                                                 ***

Aydin Xan Əbilov: "Dollar qalxdı... Amma sosial-iqtisadiisterikaya düşmək lazım deyil: əgər geniş mənada götürsək, dövlətin iqtisadi, həmdə siyasi-sosial iflasındansa, millətin hər bir nümayəndəsinin hansısa mənadakiçik, ya da böyük itkisi nəticəsində cəmiyyətin ümumi böhranının qarşısınıalmaq olarsa, indi hər kəs vətəndaş mövqeyi ortaya qoymalıdır. Əks halda,böhran hamımızın belini qıracaq: qiymətlərin qalxmaması, eləcə də məvacib,pensiya və təqaüdlərin qaldırılması bu sarsıdıcı proseslərin ağrısını nisbətəndə olsa ala bilər...”.


                                                                                 ***

Natiq Qədimov: "Bu gün toyda olmalıyam..Toyda yoldaşlarlagüya süzmək istəyirdim. Səhər səhər dedilər ki, hələ üzməyi öyrən sonra süzərsən.Bütün həvəsim getdi”.


                                                                                 ***

Ərəstun Oruclu: "İndi bankların, şirkətlərin xeylisi çökəcək,vətəndaşların isə hamısı..”.


                                                                                  ***

Nihat Hüseynzadə: "Dollar üzməyi öyrəndi, indi manata üzmək dərsikeçir”.


                                                                                  ***

Əvəz Rüstəmov: "Ta heszad, üzgüçülüyə yazılmaq lazımdır...”


                                                                                  ***

Elnur Eltürk: "Nə dollarım var, nə də manatım. İndi deyingörək, mən nə etməliyəm?”


                                                                                  ***

Elmar Hüseynov: "Axşamyuxuda gördüm ki, üzürük... Yuxum çin çıxdı.. Üzürük qardaş, üzürük. Allahaxırını yaxşı eləsin..”.

                                                                                  ***

Sənan Nəcəfov: "Bunun üzməyi budursa, gör qurulanmağı, zaqarı nətər olacaq".

                                                                                  ***

Hafiz Heyderov: "Rayon prokurorluqlarından birində çalışan müstəntiqdən nə kimi yeni hadisələrin olduğunu soruşdum. Cavabında dedi ki, hadisələr bu gündən sonra olacaq. Dolların qalxması ilə əlaqədar hər gün biri özünü asacaq, yazarsız...".

Sübhan Mahmudlu