adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Iyun 2022 12:26
1199
MƏDƏNİYYƏT

Fahrettin Cüreklibatur necə Cüneyt Arkın oldu?

Cemal Süreyya vergi müfəttişi idi.

Bir gün Eskişehir vergi idarəsinə gedir.

Cüneyt Arkın isə Tibb Fakültəsində tələbə idi.

O xeyli vaxt idi ki, Cüneyt Arkını görmürdü. Sonuncu dəfə dövrün prezidenti Fahri Korutürkün sənətçilərlə görüşü zamanı rastlaşmışdılar. Ən azı on iki il. Amma ondan əvvəl də uzun müddət görüşməmişdilər. Ayrı dünyaların insanları idilər.

O, Cüneyt Arkını adı hələ Fahrettin Cüreklibatur olanda tanımışdı. 1957-ci ildə Eskişehirdə vergi idarəsini təftiş edərkən Cüneyt Arkın ədəbiyyat və şeirə marağı olan dostları ilə onu tapmışdılar.

Onların dostluğu sonralar İstanbulda da davam edir. O vaxtlar tibb fakültəsində tələbə idi. Hekayələr yazırdı. Bunlardan bir neçəsini Cemal Süreyya Ankaraya Muzaffer Erdosta yollamışdı ki, “Pazar postası” dərgisində dərc etsin.

Hava qüvvələrində ehtiyatda olan zabit idi. Halit Refiğin diqqətinə cəlb edir. Halit bəy “Şafak bekçileri”ni tərcümə edərkən bu yaraşıqlı gizirdən yararlanmaq istəyir. Ancaq qaydalar buna izn vermir. Bir müddət sonra Fahrettin tərxis olur, daha sonra Halit Refiği tapır və onun “Qürbət quşları” işində rol alır.

Əvvəlcə sentimental filmlərdə oynadı.

60-cı illərin sonunda vurdu-yıxdı və macəra filmlərində görünməyə başladı. Məsələn, Malkoçoğlu serialı... Tanqo emosionallığı ilə tərbiyə olunmaq istəyən gəncin dəyişməsini necə təsvir etmək olar? Cemal Süreyya bunu sonradan anladığını yazır.

Cüneyt Arkın bir müddət Medrano Sirkinə daxil olub. Bir müddət orada pulsuz işlədi. Torları və kəndirləri qaldırmaq işini öz üzərinə götürdü. Bu ərəfədə o, salto vurmağı, bəzi akrabatik hərəkətləri öyrəndi və inkişaf etdirdi.

Halit Refiğ ilk filmlərində onu Alen Delona bənzədirmiş, amma vurdu-yıxdı filmlərdən sonra avroplalılar onu Burt Lancesterə bənzətdilər.

O, Medrano sirkində pulsuz işlədi. At sürməyi, at minməyi ən yaxşı bilən aktyor idi. O, karateni asan öyrənmədi, özünəməxsus olmasaydı, sevilməyəcəkdi.

Fahrettin adının Cüneytə necə çevrilməsini Cemal Süreyya dostu Halit Refiğdən öyrənir. Sən demə qəzetçi Vecdi Benderli tapıb bu adı. “Cüneyt Gökçer”in adından Cüneyti, “Ramazan Arkın”dan da Arkını.

Cüneyt Gökçer ö dövrün məşhur opera rejissoru, Ramazan Arkın isə şair idi.

Beləcə, gənc Fahreddindəki teatr və ədəbiyyat sevgisini filmdə bir araya gətirmək istəyiblər.

"Qazax sirkində at sürməyi və iki atın arasından keçməyi öyrənmişəm. 1,5 il Medrano Sirkində işləmişəm. Gecələr adamların dəsmallarını, şərabını daşıyırdım. Altı ayda dayaqla tullanmağı öyrəndim, altı il karate ilə məşğul oldum. Sən çəkdiyin dramla qəhrəman olursan, amma süjetin qəhrəmanı olursan, mən etdiklərimlə qəhrəman olmuşam”.

Cüneyt Arkın

 

Hazırladı: Eminquey

Mənbə:Cemal Süreyyanın Cüneyt Arkın xatirələri