Fermerlərə şad xəbər: Əli Əsədov yeni qərar imzaladı - SİYAHI
“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış olub.
Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub.
Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.
Xatırladaq ki, həmçinin 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir.
Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.
Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.
Beləliklə:
- Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;
- Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;
- Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;
- Yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.
Qərar iyulun 1-dən qüvvəyə minir və 2024-cü il yanvarın 1-dək qüvvədədir.
Siyahı ilə buradan tanış ola bilərsiniz.
Digər Xəbərlər
03 Noyabr 2025 20:08
ETİHİ bölgələrdə görüşlərini davam etdirir - FOTOLAR
03 Noyabr 2025 17:47
Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edildi
03 Noyabr 2025 17:04
Azərbaycanda əsgərlərə maaşları kartla verilir
03 Noyabr 2025 15:18
Azad edilmiş ərazilərdə ötən ay 770 mina aşkarlanıb
03 Noyabr 2025 14:23
"Azərbaycanlıların indiki Ermənistana qayıtması ..." - Dövlət başçısı
03 Noyabr 2025 14:21
Ali Baş Komandan Bakıda keçiriləcək paraddan danışdı
03 Noyabr 2025 14:12
Pəncəli Teymurova Milli Qəhrəman adı veriləcək? – Qardaşı danışdı
03 Noyabr 2025 13:50


Bakı -°C

