adalet.az header logo
  • Bakı -°C
18 Dekabr 2025 18:11
99
İDMAN
A- A+

Finalissimanın vaxtı və yeri dəqiqləşdi

İspaniya və Argentina yığmalarının üz-üzə gələcəyi Finalissima oyununun vaxtı və yeri bəlli olub.

Adalet.az xəbər verir ki, Avropa və Amerika çempionlarını qarşılaşdıran Finalissima matçı 27 mart 2026-cı ildə Qətərin paytaxtı Dohada yerləşən “Lusail” stadionunda keçiriləcək.

Qeyd edək ki, Argentina millisi 2024-cü ildə Amerika Kubokunun qalibi olub. İspaniya yığması isə həmin il Avropa çempionluğunu qazanıb.

Xatırladaq ki, əvvəlki Finalissima 2022-ci ildə baş tutub. Həmin görüşdə Argentina millisi İtaliya yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.