Finlandiyada rusiyalı oliqarxlara məxsus yeddi yaxta müsadirə olunub
Finlandiya gömrüyü bu ilin əvvəlində ələ keçirilən 27 yaxta ilə bağlı araşdırmanı başa çatdırıb. Yeddi halda gəmilərlə Rusiya və Belarusa qarşı tətbiq edilən sanksiyalara məruz qalanlar arasında əlaqə aşkar edilib.
Bu barədə Finlandiyanın gömrük nəzarəti departamentinin direktoru Sami Rakşit məlumat verib.
“Yeddi yaxta ilə bağlı araşdırmamız göstərdi ki, onların arxasında Aİ-nin sanksiya siyahısına daxil olan insanlar və təşkilatlar dayana bilər. Daha bir yaxta isə vergi yoxlamasından mənfi nəticə alıb”, - Rakşit bildirib.
Araşdırma nəticəsində səkkiz gəmi Borcların Alınması İdarəsinə təhvil verilib, 4 yaxtada vergi yoxlaması aparılıb, iki gəminin Finlandiyadan qanunsuz çıxarılması cəhdi ilə bağlı cinayət işi açılıb.
Rəsmi qeyd edib ki, bir neçə halda müstəntiqlər yaxtaların həqiqi sahiblərini tapmağı çətinləşdirən vergi cənnətləri və digər “çox mürəkkəb” sxemlərlə əlaqəni göstərən mülkiyyət zəncirlərinə rast gəliblər. Bəzi hallarda, bu cür sxemlər hətta gəmi sahibinin müəyyən edilməsini qeyri-mümkün edib.
Digər Xəbərlər
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
17 Sentyabr 2026 19:23


Bakı -°C

