Fransa KİV “Bayraqdar”dan yazdı: səsdən sürətli PUA...

Türkiyə "Bayraqdar" PUA-ları ilə ciddi şəkildə gəlir əldə edir.
Adalet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Francetvinfo" saytı məlumat yayıb.
"Dünyada baş verən müharibələr türk PUA-larının nüfuzunu daha da artırır. Sözügedən PUA-lar Türkiyəni dünyanın bir çox bölgəsində əvəzolunmaz təchizatçı edir. Ukraynada müharibənin ilk günlərində "Bayraqdar TB2"lər Rusiyanın zirehli texnikalarına və ya helikopterlərinə qarşı özünü sübut etdi", - məlumatda bildirilib.
Sayt eyni zamanda, "Qızıl alma" PUA-sına da toxunub:
"Baykar" şirkəti yeni PUA-lar istehsal etməkdə davam edir. İndi də səsdən sürətli döyüş PUA-sının istehsalına başlayıb. Bu PUA-lar Türkiyə üçün çox mühüm qazanc mənbəyi hesab edilir. Digər tərəfdən, "Bayraqdar TB2" PUA-sının ixracı Türkiyə iqtisadiyyatına təxminən 1 milyard dollar qazandırıb".
Digər Xəbərlər

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

Ukraynada müharibə nə zaman bitəcək? - Süni intellektin cavabı məyus etdi

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - FOTOLAR
