Saakaşvili: ”Gürcüstan azərbaycanlıları İrana meyilli olduğu üçün sərhədlər bağlıdır”
Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili özünün rəsmi sosial şəbəkə hesabında Gürcüstan azərbaycanlıları arasında müzakirələrə səbəb olacaq açıq paylaşım edib.
Marneulinews.ge xəbər verir ki, o, özünün hakimiyyəti dövründə baş verənlərdən yazıb.
Saakaşvili iddia edib ki, Gürcüstan azərbaycanlıları İrana meyilli olduqları üçün Azərbaycan quru sərhədlərini bağlayıb.
Marneuli Mərkəzi Hz. İmam Əli (ə) Məscidində inanclıların əllərində İranın mərhum ali dini lideri Seyyid Əli Xameneinin fotosunu tutduğunu paylaşan Mixeil Saakaşvili qeyd edib:”
"Bu, hər birimiz üçün ekzistensial məsələdir. Necə oldu ki, İranın adamyeyən rejiminin tərəfdarı bizim azərbaycanlı əhalimizin xeyli hissəsi oldu? Necə oldu ki, Marneulidə gənclər Xameneinin portretləri ilə qaçırlar?
Və ya necə oldu ki, bizim azərbaycanlılar İranın terrorçu xüsusi xidmət orqanları üçün çox asan 'verbovka olunanlara' çevrildilər? Necə oldu ki, elə bir vəziyyətə gəldik ki, Azərbaycan öz ərazisinə bizim azərbaycanlı həmvətənlərimizi buraxmamaq üçün Gürcüstanla sərhədi bağlamağa məcbur oldu? Fikir verin? Azərbaycan azərbaycanlıları buraxmır.
Güllər inqilabına qədər azərbaycanlılar təcrid olunmuş şəkildə yaşayırdılar. Əsasən kənd təsərrüfatı ilə məşğul idilər, gürcü dilini bilmirdilər, ictimai həyatda iştirak etmirdilər. Milis onları amansız şəkildə sıxışdırırdı.
Bir dəfə Şevardnadzenin dövründə, mən ədliyyə naziri işləyərkən Bolnisidə Dezertirlər bazarına gedən avtobusa mindim. Axırıncı yerdə oturmuşdum, gün eynəyi və papaq taxmışdım, bizi tanımasınlar deyə. Eyni zamanda yol polisinin bizi necə saxladığını videoya çəkirdik.
Bazara çatana qədər bizi düz 21 dəfə saxladılar və hər dəfə pul tələb etdilər. Azərbaycanlıların pulu qurtaranda, Tbilisinin girişinə yaxın bir yerdə milis pomidoru, soğanı, süpürgələri əllərindən almağa başladı.
Bu videonu Şevardnadzeyə və onun nazirlərinə Təhlükəsizlik Şurasının iclasında göstərdim. Prezidentin reaksiyası sıfır idi, nazirlər isə gülüşürdülər.
Bizim hakimiyyət 2004-cü ildən etibarən milisi ləğv etdi və insanların sıxışdırılması dayandırıldı.
Sonra azərbaycanlıların inteqrasiyası üçün ciddi addımlar atmağa başladıq. Təhsil naziri Kaxa Lomiya tərəfindən görülən ilk işlərdən biri azərbaycanlı və erməni gənclər üçün universitetə qəbulun asanlaşdırılması oldu.
Bundan sonra əvvəllər yalnız Azərbaycana oxumağa gedən azərbaycanlı gənclər Gürcüstanda qaldılar.
Bundan əlavə, sonradan biz gürcü magistrantları azlıqların yaşadığı regionlara gürcü dili müəllimi kimi göndərdik və onlara ayda 1500 lari maaş verdik. Bu o vaxt təxminən 900 dollar idi (inflyasiya nəzərə alınsa, indiki təxminən 1600 dollar).
Bundan başqa, biz azərbaycanlıların dövlət orqanlarında irəli çəkilməsinə başladıq. Bu kifayət idi? - Yəqin ki yox. Amma ümumilikdə düzgün istiqamətdə hərəkətə başlamışdıq.
Bəs 'Gürcü Arzusu'nun dövründə nə oldu? Korrupsiya və açıq reket qayıtdı və ən əsası, İrandan gələn islamçılar və İranın kəşfiyyat xidmətləri gücləndi.
Son vaxtlar Kvemo Kartlidən bir neçə nəfər Avropa ölkələrində İran üçün casusluq etdiyinə görə saxlanılıb (onlardan sonuncusu bir neçə gün əvvəl Yunanıstanda həbs edildi).
İslamçıların təsiri xüsusilə gənclər arasında güclüdür. Azərbaycan dini radikalizm qorxusuna görə onlara sərhədini bağlayıb, Tbilisi isə onlara heç bir gələcək təklif etmir - necə ki, gürcü gənclərinə də təklif etmir.
Gürcülər buna etiraz və ya xaricə köçməklə cavab verirlərsə, azərbaycanlılar rahatlığı İranın radikal şiəliyində tapırlar.
Nəticə çox kədərlidir. Biz çox təhlükəli etnik münaqişəyə yaxınlaşırıq. Rusiyanın bizə zorla qəbul etdirdiyi dövlət sisteminin sökülməsi məhz buna gətirib çıxarır. Bunları təcili qovmalıyıq. Əks halda yaxın illərdə Gürcüstan asanlıqla parçalanacaq.
Gürcüstanda azərbaycanlıların inteqrasiyası üçün mənim qədər heç kim heç nə etməyib. Onları mənim qədər sevən də olmayıb. Amma yalnız keçmişi xatırlamaqla uzağa gedə bilmərik. Nəticəyə yalnız bütün etnik mənşələrdən olan vətəndaşlarımızı birləşdirərək çata bilərik. Gürcüstanın və onun hər bir vətəndaşının azadlığına".
Digər Xəbərlər
09 Mart 2026 12:48
“Əgər İran İslama riayət edirsə, müsəlman qonşuya qarşı...”
09 Mart 2026 12:43
Türkiyə Şimali Kiprə 6 F-16 və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
09 Mart 2026 12:09
Yaponiya hökuməti bu məqsədlə büdcədə hərbi xərcləri artıracaq – Elxan Şahinoğlu
09 Mart 2026 09:51


Bakı -°C

