adalet.az header logo
  • Bakı -°C
09 Mart 2026 12:43
106
DÜNYA
A- A+

Türkiyə Şimali Kiprə 6 F-16 və hava hücumundan müdafiə sistemləri yerləşdirdi

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:

"Belə ki, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlər də görüləcək".