Gələn il heyvan xəstəliklərinə qarşı tədbirlər gücləndiriləcək - Nazir açıqladı
Azərbaycanda gələn il baytarlıq xidmətləri və heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər daha da gücləndiriləcək.
Adalet.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib. Onun sözlərinə görə, mal-qaranın xəstəliklərdən qorunması istiqamətində vaksinasiya tədbirləri dövlət hesabına davam edir:
“Mal-qaranın qarayara, dabaq, bruselyoz, quduzluq və digər yoluxucu xəstəliklərə qarşı vaksinləşdirilməsi dövlət hesabına həyata keçirilir”.
Nazir qeyd edib ki, gələn il baytarlıq xidmətinin təşkili, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması üçün 41,9 milyon manat ayrılması nəzərdə tutulub: “Bu sahənin daha səmərəli təşkili üçün nəzərdə tutulan məbləğin 3 milyon manat artırılması ilə bağlı müraciət etmişik”.
M. Məmmədov bitki mühafizəsi və aqrokimya xidmətlərinə də ayrılan vəsaitin artırıldığını vurğulayıb. Onun sözlərinə görə, 2026-cı ildə zərərvericilərlə mübarizə tədbirləri üçün 5,4 milyon manat, aqrokimyəvi analizlər və toxum nəzarəti üçün isə 8,2 milyon manat vəsait nəzərdə tutulur.
Nazir bildirib ki, bu məbləğ cari illə müqayisədə 5,7 % çoxdur və xidmətlərin əhatə dairəsinin genişlənməsinə imkan verəcək.
Digər Xəbərlər
13 Noyabr 2025 14:26
"Onu saxlayıram, mənə Poladı xatırladır" - Polad Həşimovun xanımı
13 Noyabr 2025 13:18
"Bir nazir, icra başçısı saxlanılır, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyulur" - Komitə sədri
13 Noyabr 2025 11:26
"Azərbaycanlı ailələr həmin universitetlər üçün sponsora çevrilirlər" - Vitse-spiker
13 Noyabr 2025 11:10
Polis Gəncədəki yarışla bağlı təhlükəsizlik tədbirləri görür - VİDEO
13 Noyabr 2025 11:03
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
13 Noyabr 2025 10:59
"Nərimanov" stansiyasının 4-cü çıxışı təmirə bağlanılıb
13 Noyabr 2025 10:42
“İcra başçılarının həbsləri göstərir ki...”
13 Noyabr 2025 10:41


Bakı -°C

