"Onu saxlayıram, mənə Poladı xatırladır" - Polad Həşimovun xanımı
"Səhər yuxudan durdum, gördüm ki, qohumlar bizə yığışır. Dedilər ki, sərhəddə vəziyyət ağırdır".
Adalet.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova iş xanımı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" verilişində deyib. O.Salmanova həyat yoldaşının şəhid olduğu gündən danışıb:
"Bir azdan evdə qəribə bir sükut yarandı. Hiss edirdim ki, nəsə olub, amma heç kim mənə demirdi. Hər kəsin üzündə bir ifadə var idi: həm qorxu, həm kədər, həm də inamsızlıq.
Qardaşım gəldi, əvvəl özünü saxlayırdı, sonra ona zəng gəldi. Anladım ki, vurublar. Biz o qədər Poladdan arxayın idik ki, inanmırdıq. Onun atasından sonra sevdiyi bir əmisi var, o, gəldi. Onun dilindən bunu eşidəndə artıq anladım. Əlacım o qaldı ki, insanların içindən uşaqları axtardım. Qızımla gözümüz bir-birinə sataşdı. O da donub qalmışdı. Yavaş-yavaş anladıq ki, Poladı itirmişik".
O. Salmanova Polad Həşimovla ailə həyatından bəhs edib:
"Mənə mağazadan çiçək almazdı. Dağlardan təbii çiçəklər yığırdı. Həmişə masamın üstündə onun gətirdiyi güllər olardı. Bir də ətirli bitkiləri toplayardı. Onun şəhid olmasından bir ay əvvəl soyuqlamışdım. Qəbələyə getdik, şəhid oldu, 1 aydan sonra Şəmkirə qayıtdıq ki, əşyalarımızı gətirək. Gördüm ki, masanın üstündə bağlamalarda bitkilər var. Bildim ki, qalxdığı postlardan yığıb. Soruşdum bir neçə nəfərdən, dedilər soyuqdəymə üçündür. Onu saxlayıram, mənə Poladı xatırladır".
Digər Xəbərlər
13 Noyabr 2025 13:18
"Bir nazir, icra başçısı saxlanılır, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyulur" - Komitə sədri
13 Noyabr 2025 12:49
Gələn il heyvan xəstəliklərinə qarşı tədbirlər gücləndiriləcək - Nazir açıqladı
13 Noyabr 2025 11:26
"Azərbaycanlı ailələr həmin universitetlər üçün sponsora çevrilirlər" - Vitse-spiker
13 Noyabr 2025 11:10
Polis Gəncədəki yarışla bağlı təhlükəsizlik tədbirləri görür - VİDEO
13 Noyabr 2025 11:03
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub
13 Noyabr 2025 10:59
"Nərimanov" stansiyasının 4-cü çıxışı təmirə bağlanılıb
13 Noyabr 2025 10:42
“İcra başçılarının həbsləri göstərir ki...”
13 Noyabr 2025 10:41


Bakı -°C

