Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır
Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar ötən ilin noyabrın 28-dən tətbiq olunan məhdudiyyətlərin bir hissəsi martın 8-dən aradan qaldırılır.
Adalet.az xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilir. Eyni zamanda dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.
Bununla belə, Koordinasiya Şurasının qərarına əsasən, axşam saat 21:00-dan səhər 05:00-dək mövcud olan hərəkət məhdudiyyəti – komendant saatı qüvvədə qalır.
Digər Xəbərlər
29 Aprel 2024 15:33
Rəsmi Astana: Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılacaq
29 Aprel 2024 15:17Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşüb
29 Aprel 2024 15:03Polşa Rusiya və Belarusla sərhəddə mina basdıra bilər
29 Aprel 2024 12:25Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
29 Aprel 2024 12:09