"Hər şey əladır" - Müşfiq Abbasovdan qəribə AÇIQLAMA
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.
“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.
M.Abbasovun bu açıqlamasına baxmayaraq KVN-in rəsmi saytında və instaqram səhifəsində Azərbaycanın "Şuşa" komandasının adı "Buta" kimi yazılıb. "Buta" adı dəyişdirilməyərək saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən “Şuşa” ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb.
Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.(unikal)
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C


