Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Adalet.az-a verilən məlumata görə, martın 29-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Tovuz və Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə bu linkdə tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Digər Xəbərlər
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
06 Sentyabr 2026 16:31
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
04 Sentyabr 2026 16:13
Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
03 Sentyabr 2026 11:35
Səhər yeməyi vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
03 Sentyabr 2026 10:10
Həkimlər 3 yaşlı uşağın əlini XİLAS ETDİ
02 Sentyabr 2026 17:54


Bakı -°C

