Hindistanı təbrik eləsəm, məndən inciməsiniz?-Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
679 | 2025-06-04 14:34

1iyun (uşaq pulu alan bütün ) Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür!

Yəni cənnətməkan ölkəmin uşaq bayramıdır.

Uşaq bağçalarının böyük bir hissəsi özəl ( yəni pullu- ödənişli ) olan, məktəblərdə dərs olmadığı üçün repetitorlara üz tutan, universitetlərə yüksək məbləğdə ödəniş edən Azərbaycan uşaqlarını uşaq günü ilə bağlı təbrik etmək içimdən gəlmədi.

Ona görə dünyada uşaq pulu ilə təmin olunan valideyn və uşaqları təbrik etmək fikrinə düşdüm.

Deməli, Rusiyada - müharibə olan ölkədə bu ilin fevralın 1-dən “analıq kapitalı” yəni uşaq pulunu 6165 dollar, ikinci uşaq üçün isə 8 min dollara çatir!

Mən araşdırmamışam haaa, mediamiz yazır ki, Fransada uşaq doğuşuna görə valideynələrə 927 avro birdəfəlik müavinət, övladlığa götürənlərə isə 1855 avro verilir. Sonra üç il ərzində valideynlərə onların gəlirlərinə görə 92 avrodan 185 avroya qədər aylıq müavinət ödənilir.

ABŞ-da uşaqların doğuşu üçün xüsusi ödənişlər təmin edilmir, lakin valideynlərə hər bir uşağa görə maksimum 1000 dollar vergi istisnaları verilir.

Böyük Britaniyada "uşaq pulu" 16 yaşına çatana qədər verilir, əgər uşaq təhsil alırsa, ödənişlər 20 yaşa qədər uzadılır. İlk və ya tək uşaqlar üçün valideynlər həftədə 20,7 funt alırlar, sonrakılar üçün isə 13,7 funt ödənilir.

Kasıbçilıq və zibillik məkanı Hindistanda 14 yaşa qədər olan uşaqlara ayda 100 dollar ödənilir.

Qazaxıstanda da uşaqlara sosial müavinət verilir. Belə ki, 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır.

Latviyada 20 yaşa qədər uşaqlara ayda 14 dollar ödənilir.

Özbəkistanda 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir.

Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpələrin valideynlərinin 20 min dollar həcmində kreditləri silinir, həmçinin yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Həmçinin, körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar pul verilir.

Küveytdə isə valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Körpə doğulan kimi həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollarlıq hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur.

Qazsiz neftsiz Gürcüstan 2023-cü ildən etibarən hər üçüncü və sonrakı yeni doğulmuş körpə üçün 1000 lari məbləğində birdəfəlik yardım edir.

Ermənistan 2020-ci ildən kəndlərdə işləyən analar 2 yaşadək uşaq üçün ayda 28 min 600 dram müavinət alır.(1000 dram 4,2 manatdır.Oxucu, zəhmət çək özün hesabla) Nikol Paşinyan həmin müavinətin 2023-cü il yanvarın 1-dən 30 min 700 drama yüksələcəyini elan edib.

Gələk cənnətməkan ölkəmizə! Görəsən, bir dondurma almaq üçün kasıb, işsiz ata-anasının üzünə məlul- məlul baxıb, dondurma eşqini zorlayan, bir yaşdan başlayaraq böyük çətinliklərlə uzləşən, 20 qəpiklik büdcəsi olmayan uşaqları bayram münasibətilə təbrik eləmək, onlara gələcək həyat yollarında uğur, xoşbəxtlik , karyera arzulamaq ikiüzlülük kimi görünməz ki?

Gorunməsəydi, 1 yaşından 18 yaşına qədər bütün uşaqları təbrik edərdim!

Amma yox, mən Siyavuş Novruzov müəllimi dəstəkləyirəm ! Diz deyir, haqlıdır, əcəb eliyir!

Deputat desin ki, uşağa uşaq pulu verilməsin, sıravi bir jurnalist olan mən durum " uşaq pulu" tələb edim, dəliyəm??

  • Iyun:
  • 6

TƏQVİM / ARXİV