"Savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik" - Prezident
Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında bildirib.
“Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır”, - deyən dövlətimizin başçısı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.
Digər Xəbərlər
11 Iyun 2026 20:49
Qambiya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
11 Iyun 2026 18:43
Hüseyn əl-Şeyx Mehriban Əliyevanı təbrik etdi
11 Iyun 2026 18:29
Bruney-Darüssalamın Sultanı İlham Əliyevi təbrik edib
11 Iyun 2026 14:45


Bakı -°C

