adalet.az header logo
  • Bakı 30°C
  • USD 1.7
25 Iyun 2022 12:43
298
DÜNYA

İldə 60 milyon uşağın qatili ilə bağlı Makrondan açıqlama: “Qadınların hüququdur”

Dünya tibb elminin məlumatına görə, abort hamiləliyin süni yolla dayandırılmasıdır. Dünya üzrə hər il cərrahi abort vasitəsilə 60 milyon uşaq qətlə yetirilir. Abortların əksəriyyəti daha travmatik üsulla, yəni kyuretaj (qaşıma) üsulu ilə həyata keçirilir. Abortun tibbi nəticəsi analıq xəstəliyi (bəzi hallarda sonsuzluqla nəticələnir) və ölüm sayılır. Ümumdünya Səhiyyə Təşkilatının kriteriyalarına əsasən, 22 həftəliyə qədər hamiləliyin dayandırılması abort, 22 həftədən sonra, yəni dölün çəkisi 500 qram və daha çox olduğu zaman isə vaxtından əvvəl doğuş sayılır.

Xarici media bildirir ki, ABŞ-da abort qanunla qadağan edilə bilər. Mediaya sızan sənəddə ABŞ-da 1973-cü ildə abortu leqallaşdıran qərarın ləğvi barədə məlumat yer alıb. ABŞ-da milyonlarla qadınının qanuni abort hüququnu itirə biləcəyinə dair sızan sənədin həqiqi olduğunu Ali Məhkəmənin sədri də təsdiqləyib.ABŞ-ın baş həkimi Con Robert bildirib ki, bu, məhkəmənin yekun qərarını əks etdirmir. Prezident Co Biden də bildirib ki, əgər belə bir qərar qəbul edilsə, bu, digər azadlıqları şübhə altına ala bilər.

Adalet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Tvitter səhifəsində məsələ ilə bağlı fikirlərini bildirib:“Abort bütün qadınların fundamental hüququdur və bu hüquq qorunmalıdır. ABŞ Ali Məhkəməsi tərəfindən azadlığı mübahisələndirilən qadınlarla həmrəy olduğumu bildirirəm”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ da ilkin olaraq, 6 ştatda abort tamamən qadağan edilib.

P.S. Bayaqdan düşünürəm ki, görəsən Makronun anası niyə  “fundamental hüququ”ndan istifadə etməyib. Axı o neynirmiş, “azadlığı mübahisələndirilən qadınlarla həmrəy olduğunu bildirirən” oğulu?

Əntiqə Rəşid