İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü oldu - FOTOLAR - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Adalet.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.
Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrin inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuluv.
Ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib.
Maya Sandu vurğulayıb ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.
Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
12:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.
Adalet.az xəbər verir ki, Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
17 Aprel 2026 13:34
"Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər" - Hikmət Hacıyev
17 Aprel 2026 13:04
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü oldu - YENİLƏNİB
17 Aprel 2026 12:53
İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - FOTOLAR + YENİLƏNİB
17 Aprel 2026 12:46
Kamran Əliyev Türkiyəyə başsağlığı verdi
17 Aprel 2026 12:28
İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət etdi
17 Aprel 2026 12:28
İlham Əliyev Əl Şaraa ilə görüşdü - FOTO - YENİLƏNİB
17 Aprel 2026 11:53
“Bu kontekstdə İranın regiondakı ritorikasının sərtləşməsi diqqət çəkir”
17 Aprel 2026 10:36


Bakı -°C

