İqtisadi Şuranın növbəti iclası keçirildi: Nazirlər məruzə etdilər
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən Adalet.az-a verilən məlumata görə, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri, o cümlədən pul siyasətinin əsas istiqamətləri, bank və sığorta sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, torpaqlardan səmərəli istifadənin və aqrar ixracın cari vəziyyəti, 2024-2030-cu illər üzrə çağırışlar və hədəflər, islam maliyyəsi (bankçılığı) ilə bağlı görüləcək işlər, Gömrük Rəsmiləşdirilməsi Platformasında süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analiz Sisteminin tətbiqi barədə və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
03 Yanvar 2026 16:49
Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
03 Yanvar 2026 16:11
Marketlərdə İndoneziya və Malayziyanın palma yağı - TƏHLÜKƏ!
02 Yanvar 2026 19:30
Azərbaycanın Pakistana 2 milyardlıq sərmayə qoyması müzakirə edilib
02 Yanvar 2026 11:27
“2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb”
01 Yanvar 2026 17:15
Pensiya artımları bu aydan hesablanacaq - VİDEO
01 Yanvar 2026 14:11
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
01 Yanvar 2026 13:43
“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
01 Yanvar 2026 13:38


Bakı -°C

