İran Prezidenti: Ermənistanın yolu sülh və inkişaf yolu olmalıdır

"Ermənistanın yolu həqiqətən sülh və inkişaf yolu olmalı, xarici qüvvələrin hegemon məqsədlərinə xidmət edən alətə çevrilməməlidir".
Adalet.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ilə danışığı zamanı İranın Prezidenti Məsud Pezeşkian deyib.
Pezeşkian Ermənistanın suverenliyinin qorunmasının və İrəvan–Bakı tranzit dəhlizinin reallaşdırılmasında istənilən hərbi və ya təhlükəsizlik qüvvəsinin müdaxiləsinin yolverilməz olduğunu vurğulayıb.
O, həmçinin Ermənistanın baş nazirini ABŞ-nin mümkün addımları barədə xəbərdar edib.
Prezidentin sözlərinə görə, Vaşinqton iqtisadi investisiyalar və sülhün təminatı adı altında Cənubi Qafqaz regionunda hegemon məqsədlərini həyata keçirə bilər.
Digər Xəbərlər

Paşinyan Avropa Şurasının prezidenti ilə danışdı

İstanbul bələdiyyəsində yenidən əməliyyat keçirilib - Saxlanılanlar var

Suriya Rusiyadan kömək istəyir

Bu görüşdən sonra Zelenski vəzifəsindən azad olunacaq

"İki dəqiqə ərzində Putinin məqsədini anlayacağam" - Tramp

İsraildən Xameneiyə xəbərdarlıq - “Gözlərini göyə qaldır”

"37 illik münaqişəni Rusiya həll etməyə çalışdı, amma bunu biz bacardıq" - Tramp
