İranlı nümayəndələr Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçirdilər - FOTOLAR

Aprelin 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadiq iki ölkənin nümayəndə heyətlərinin müşayiətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birgə baxış keçiriblər.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, həmsədrlərə Bakı Limanına dair təqdimat nümayiş etdirilib, limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə ikinci faza çərçivəsində aparılan tikinti işləri barədə məlumat verilib.
Qeyd edilib ki, ikinci fazanın tamamlanmasından sonra Bakı limanının genişləndirilməsi Azərbaycanın Avropa və Asiyanı əlaqələndirən nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini daha da artıracaq.
Daha sonra limanın əsas yük terminalına, Ro-Ro və Bərə terminallarına, çeşidləmə məntəqəsinə baxış keçirilib.
Digər Xəbərlər

Başlıbel qətliamından 32 İL ÖTÜR

Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edildi

Anar Əliyevə iki yeni müavin təyin edildi - FOTO

Toplanan cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
jpg-1744894866.jpg)
Paşinyan "Qarabağ hərəkatı"nı niyə "dağıdıcı" adlandırdı? -ŞƏRH

Hesablama Palatası Kliniki Tibbi Mərkəzdə nöqsanlar aşkarladı

Yağış onları sınağa çəkdi...
