İrəvanda qalmaqal:Polis alimi döyüb, qanını töküb, paltarını soyundurub...
Xəbər verdiyimiz kimi, İrəvanda parlament binası yaxınlığında keşiş Baqratın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi zamanı -, iyunun 12-də polislə müxalifətçilər arasında toqquşma oldu və etirazçılara güc tətbiq edildi.Həmin vaxt xeyli erməni etirazçı xəsarət aldı.
Adalet.az xəbər verir ki, bununla bağlı “Tatoyan” Fondunun Hüquq və Ədalət Mərkəzi hesabat hazırlayıb.
Erməni mediasının xəbərinə görə, hesabatda “Genesis Armenia” analitik mərkəzinin və “ABC media”nın rəhbəri, erməni siyasi elmlər namizədi, dosent Abraham Qasparyanın vəhşicəsinə döyülməsi də qeyd edilir.
Hesabatda deyilir ki, “qırmızı beretli” polis əməkdaşlarının çoxsaylı qanunsuz hərəkətləri, o cümlədən “qırmızı beretli” polis əməkdaşları tərəfindən zorakılığa və ləyaqəti alçaldan rəftara məruz qalan siyasi şərhçi Abraham Qasparyanla bağlı insident də qeydə alınıb. 13 iyun 2024-cü il tarixində bir neçə jurnalist “Tatoyan” Fondunun Hüquq və Ədalət Mərkəzinə müraciət edərək bildiriblər ki, 12 iyun 2024-cü il axşam saat 17:30-18:00 radələrində İrəvanın Baqramyan-Dəmirçyan kəsişməsində , etiraz zamanı Ermənistan polis qüvvələri televiziya şərhçisi Abraham Qasparyanı qəsdən hədəfə alıb və zorakılığa məruz qoyub.
Hadisə şahidləri olan jurnalistlər, Abraham Qasparyan və həyat yoldaşı Fonda bildiriblər ki, qəflətən “qırmızı beretli” polislərin sıraları artıb. Bundan sonra 6 “qırmızı-qara beret”linin Abrahamı işarə edərək, digər zabitlərə ona hücum etməyə göstəriş veriblər. Abrahamın verdiyi məlumata görə, polislər onu araya aldıqdan sonra 20-yə yaxın “qırmızı-qara beret”li zabit ona hücum edib, onu zorla soyundurub, yalnız alt paltarında qalıb. Daha sonra “sən ölməlisən” deyərək həm bədəninə, həm də üzünə vuraraq vəhşicəsinə döyüblər. Nəticədə alim huşunu itirib.
Bunun ardınca polis qan izlərini təmizləmək üçün onun üzünə su töküb və sonra onu hələ də paltarsız və başı qana bulanmış halda sürüyərək vandallığa davam edib. Qasparyan huşunu itirəndə polis həkimi yaxınlaşaraq qanı təmizləmək üçün üzünə su tökərək onu ayıltmağa çalışıb. Daha sonra qırmızı-qara beretli zabitlər Qasparyanı polisin “Qazel” avtomobilinə mindiriblər. Ona yalnız polis maşınının içərisinə yerləşdirildikdən sonra paltar geyinməyə icazə verilib. Məlumata görə, Qasparyan vəhşicəsinə döyüldükdən və alçaldıldıqdan sonra cırıq paltar, qanlı baş, ayaqyalın və telefonu naməlum məmurun əlində polis bölməsinə aparılıb.
Alim fonda onu da bildirib ki, əslində hüquqi baxımından o, Arabkir polis bölməsinə aparılmalı idi. Amma onu başqa bir rayonun-Kanaker-Zeytun polis bölməsinə aparıblar. Polis şöbəsindən azad edildikdən sonra Abraham Qasparyanın qızıl zəncirinin və pul kisəsinin oğurlandığı daha sonra məlum olub. Sərbəst buraxıldıqdan sonra Abraham Qasparyan tibb mərkəzinə köçürülüb və o, beyin silkələnməsi, kəsiklər, çoxsaylı yumşaq toxuma xəsarətləri və qabırğa sınığı kimi diaqnozlarla xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, diğər şərhçilərə nisbətdə Abraham Qasparyan hadisələri real qiymətləndirməyə bacaran siyasətçi olub. Beləki, o İranın Ermənistana həddən artıq canfəşanlıq göstərməsini yaxşı hal hesab etməyib:” Zəngəzur İran tərəfindən işğal oluna bilər. İran həddən artıq özündən çıxsa, heç kimdən, hətta İrəvandan da soruşmayacaq”.
Əntiqə Rəşid
Digər Xəbərlər
16 Sentyabr 2026 12:45
Əri öldü, biskvit qutusundan sərvət tapdı
16 Sentyabr 2026 10:29
Nədən bizim televiziyalarda ingilis və rus dillərində...
16 Sentyabr 2026 08:58
Nostradamusun 500 illik sirri yenidən gündəm oldu
15 Sentyabr 2026 18:06
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTOLAR
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C


