"İşğal illərini yaddan çıxarmayacağıq" - Prezident

Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
“Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - deyə dövlətimizin başçısı əlavə edib.
Digər Xəbərlər

"Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb" - Ceyhun Bayramov

İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Prezident Jelka Tsviyanoviç ilə görüşdü - FOTO

"Ermənistandan gözləntimiz odur ki..." - Hikmət Hacıyev

Deputat Könül Nurullayeva vətəndaşlarla görüşüb - FOTO

"Gürcüstan-Azərbaycan münasibətləri Ermənistan üçün də nümunə ola bilər" - Hikmət Hacıyev

Sahil Babayev sədr təyin edildi
