İspaniyada meşə yanğını - 12 ölü
İspaniyanın Əndəlüs bölgəsinin Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində azı 12 nəfər həlak olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Bedar ətrafındakı yaşayış məntəqələrini bürüyən alovlar zamanı bəzi qurbanların cəsədləri avtomobillərin içərisində tapılıb.
Hadisə nəticəsində ən azı altı nəfər yaralanıb. Hazırda 150-yə yaxın yanğınsöndürən və beş xüsusi texnika temperaturun 40 dərəcəyə yaxınlaşdığı ərazidə alovla mübarizə aparır.
İlkin ehtimallara görə, yanğın elektrik xəttinin qırılması və quru otların alışması nəticəsində baş verib. Lakin səlahiyyətlilər hadisənin səbəbinin hələ də araşdırıldığını bildirirlər.
Yanğın səbəbindən bəzi yollar bağlanıb, bir sıra yaşayış məntəqələrində təxliyə işləri aparılıb. Təxminən 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
Digər Xəbərlər
10 Iyul 2026 10:46
Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları sökülüb
10 Iyul 2026 10:30
Almaniyada minlərlə insan istidən öldü
10 Iyul 2026 10:24
NASA könüllülər axtarır
10 Iyul 2026 10:03
İran Trampa sui-qəsd hazırlayır
10 Iyul 2026 09:39
SEPAH-ın bir generalı da ÖLDÜRÜLDÜ
10 Iyul 2026 09:34
İstilik dalğaları niyə qadınlara daha çox təsir edir?
10 Iyul 2026 09:25
Xameneinin dəfn edildiyi Məşhəddə silahlı insident - Ölənlər və yaralananlar var
10 Iyul 2026 01:15


Bakı -°C

