20 Iyul 2024 22:00
60
DÜNYA

İsrailin xarici işlər naziri İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

İsrailin xarici işlər naziri İsrael Kats beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri iyulun 20-də İranın Yəməndəki terrorçu qoluna zərbə endirib:

“Beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları mümkün qədər gücləndirməsinin vaxtı çatıb. Onun (İran – Red) rəhbərliyi altında husilər naviqasiya azadlığına və ticarət yollarına ölümcül ziyan vurur. İran İsrailə hücum etmək üçün istifadə etdiyi regional terror qruplaşmasından biri olan husiləri dəstəkləyir, öyrədir və maliyyələşdirir. Yəhudi dövləti buna dözməyəcək və ya geri çəkilməyəcək, ancaq öz vətəndaşları üçün təhlükə yaradan hər kəsə zərbə endirəcək”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.