IV Antalya Diplomatiya Forumunun rəsmi açılışı olub

Türkiyədə IV Antalya Diplomatiya Forumunun (ADF2025) rəsmi açılışı baş tutub.
Adalet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilib.
4 mindən çox qonağın qatıldığı ADF2025-ə dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıb. Forumda 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir iştirak edir. Tədbirə həmçinin 60-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb.
Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlərin, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə olunacağı 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat

"Sülhün bərqərar edilməsində həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir" - Deputat
