Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşdü

Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Səfiri salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu xatırladıb. Bu çərçivədə, nazir keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhvə verəcəyinə əminliyini ifadə edib.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə qonağa geniş məlumat verən nazir 13 yanvar 2021-ci il tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən danışıb, uyğun qurumlar arasında münasibətlərin, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Pakistan İslam Respublikasının müvafiq tədris müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunub.
Görüşə görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin dərin köklərə malik Azərbaycan-Pakistan qardaşlıq münasibətləri çərçivəsində iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat

"Sülhün bərqərar edilməsində həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir" - Deputat
