Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
Prezident İlham Əliyevin imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq.
Adalet.az xəbər verir ki, sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək:
"Bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq".
Kompensasiyanın məbləğinə gəldikdə isə deputat qeyd edib ki, gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək:
"Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, həmçinin qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə də şərait yaradacaq".
Digər Xəbərlər
07 Avqust 2026 16:51
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
07 Avqust 2026 16:15
Maliyyə Nazirliyi 10 dövlət müəssisəsi ilə bağlı Prezidentə hesabat verdi
07 Avqust 2026 11:51
Qızıl və gümüş bahalaşdı
07 Avqust 2026 11:00
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA - VİDEO
07 Avqust 2026 10:48
“Bu Ermənistanda konstitutsiya dəyişikliklərin nə zaman reallaşacağından asılı olacaq...”
06 Avqust 2026 12:05
Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərildi
06 Avqust 2026 11:05
Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək? – Millət vəkili açıqladı
06 Avqust 2026 09:49


Bakı -°C

