Kitabxanada görüş - Adil Misirli yazır
Boyat kənd kitabxanası Ağcabədi rayonunda qabaqcıl kitabxanalardan biridir. Burada təcrübəli mədəniyyət işçisi, müdir Təhminə Quliyevanın başçılığı ilə işlər zamanının tələblərinə uyğun şəkildə qurulur. Zəngin kitab ehtiyatına malik olan kitabxanada müntəzəm olaraq sərgi və görüşlər, eləcə də oxuculara kitabı sevdirmək və onu qiymətləndirmək kimi tədbirlər keçirilir. Şəhid ailələri, qazilər, həm də kənd məktəbinin şagird və müəllim kollektivi ilə keçirilən görüş-tədbirlər gənclərdə Vətənə, Torpağa sevgini daha da gücləndirir, vətənpərvərlik hisslərinin yüksəldilməsində böyük rol oynayır.
...Bu günlərdə ziyalı, el ağsaqqalı Eldar Əhmədov böyük Məhəmməd Füzulinin ana yurdu, Ağcabədinin Boyat kəndində dahi şairimizin abidə büstünü ziyarət edib. E. Əhmədov kənd kitabxanasının müdiri Təhminə Quliyevaya çox sayda kitab və həvəskar rəssam-xarrat Kərim Cəfərovun böyük həvəslə yaratdığı Füzulinin portretini hədiyyə edib. T. Quliyeva ağsaqqal Eldar Əhmədova bu xeyirxah və xoşməramlı işinə görə təşəkkür edib, ona sağlamlıq və yaradıcılıq uğurları arzulayıb.
Digər Xəbərlər
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05
“Səbəb uşaqların evdə kitabla deyil, smartfonla böyüməsidir”
10 Sentyabr 2026 10:57


Bakı -°C

