Kuklaçılar festivala gedir

Azərbaycan Dövlət Kukla Teatrı dost Qazaxıstan Respublikasında keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək.
Bu barədə Adalet.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.
“Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək “NOMAD PUPPET” adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində olacaq.
Tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Yaradıcı heyət üzvləri qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdirəcəklər.
Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.
Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.
Tanınmış teatr mütəxəssislərindən ibarət münsiflər heyəti qarşısında oynanılacaq iştirakçı tamaşalar - Manqistau vilayətinin hakiminin xüsusi mükafatı, eləcə də Qran-pri ilə dəyərləndiriləcəklər.
Həmçinin, iştirakçılar “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor ansamblı”, “Ən yaxşı aktyor”, “ Ən yaxşı aktrisa” və “Ən yaxşı kuklacı” nominasiyalarında qalib elan ediləcəklər.
Digər Xəbərlər

Monotamaşa: həyatın acı reallıqları və sənətkar həqiqəti

Gecə muzeylərindən sualtı macəralara: Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

Axundovun klassik komediyası Türkiyənin İğdır şəhərində səhnələşdirilir

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək

Multikulturalizm Mərkəzi beynəlxalq əməkdaşlığını genişləndirir

Süfrədən Süfrəyə Diplomatiya: Türk Mətbəxi ilə Qurulan Beynəlxalq Bağlantılar
