Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi - Yağış yağacaq
İyunun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindəm Adalet.az-a verilən xəbərə görə, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağdərə, Mingəçevir, Yevlax, Xızı, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında iyunun 13-14-də gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında iyunun 13-ü gündüzdən 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Digər Xəbərlər
10 Sentyabr 2026 20:19
Azərbaycanda doğum nisbəti və təbii artım azalıb
10 Sentyabr 2026 17:44
Bu qədər uşaq nikahdankənar doğulub
10 Sentyabr 2026 17:10
1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
10 Sentyabr 2026 16:30
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10 Sentyabr 2026 16:02
"İçərişəhər"ə niyə 300 maşın buraxılır?
10 Sentyabr 2026 15:52
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11


Bakı -°C

