Liseydə boynundan güllələnən direktor müavini bu xəstəxanaya yerləşdirildi - YENİLƏNİB
Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
*** 11:05
Xəbər verdiyimiz kimi, "İdrak" liseyində şagird müəllimini güllələyib.
Xəsarət alan qadın riyaziyyat müəllimi Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib. /Unikal
**** 10:49
Güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Adalet.az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Ş.K "İdrak" liseyinin direktor müavini olub.
Digər Xəbərlər
06 Fevral 2026 12:46
Sumqayıtda məktəblilər arasında insident oldu - RƏSMİ
06 Fevral 2026 10:44
İdrak Liseyinin direktorundan şagirdin müəllimi güllələməsi ilə bağlı AÇIQLAMA
06 Fevral 2026 10:28
TƏCİLİ: İdrak Liseyində şagird müəllimi güllələdi
05 Fevral 2026 17:33


Bakı -°C

