Makron Olimpiadanın açılışını "qey parada" çevirdi -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
102 | 2024-07-30 11:06

 Paris 2024-cü il Olimpiadasının açılışı, təhqiredici şou, idmançıların soyğunçuluğa məruz qalması və Sena çayının çirkli-üfunətli iyi ilə tarixə düşdü.

 Açılışdan bir gün əvvəl Fransanın daxili işlər naziri Jerald Darmanen bəyan etmişdi ki, Parisdə keçirilən Olimpia oyunlarının açılış mərasimi, Fransanın "seksual azadlığı, dini azadlığı, gülüş və karikatura azadlığı status-kvosunu saxlıyan ölkə olduğunu dünyaya nümayiş etdirəcəkdir".

 Parisin meri Ann İdialqo isə bəyan edib ki, açılış mərasimindən aldığı müsbət həyəcandan hələ də "özünə gələ bilmir".

 Fox News telekanslına müsahibə verən ABŞ prezidentliyinə namizəd Donald Tramp, Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində Leanardo da Vinçinin "Gizli gecələr" rəsm əsərinin parodiya olunmasını biabırçılıq adlandırıb. 

 Ümumiyyətlə 2024-cü Yay Olimpiya oyunlarının açılış mərasimi bütün dünyanın tənqid hədəfinə çevrilib. Xüsusilə xristian dünyası, orada nümayiş etdirilən "Gizli gecələr"ə edilən parodiyanı özləri üçün təhqir saydılar.

 Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açılış mərasimi zamanı xristianların çox ciddi təhqir olunduğunu bildirərək, mərasimi başdan-ayağa təxribat adlandırıb. 

 Yunanıstanın "pronews.gr" portalı parodiyanı, "Qərbi Avropada sivilizasiyanın və xristian mədəniyyətinin iflası" kimi qiymətləndirib. 

 Fransa yepiskopluğu da, şoudakı gülüş səhnələrdə xristianlığın təhqir olunduğunu, xristianlara lağ edildiyini bəyan edib.

 Nəhayət İyulun 28- də 2024-cü il Olimpiya oyunları mərasiminin təşkilatçılıq komitəsinin nümayəndəsi Ann Deşam keçirdiyi brifinqdə biabırçı açılışa görə üzr istəyərək bəyan etdi ki, təşkilatçılar "sosial qruplara hörmətsizlik etməyi yox, cəmiyyətin müxtəlifliyini bayram etmək istəyirdilər". 

  Paris Olimpiadasının açılış mərasiminin, xüsusiylə də xristian dünyasında yaratdığı etiraz səsləri, uğursuz və iflasa uğrayan açılış mərasimi ilə bağlı, Beynəlxalq Olimpiya Komitəsi də beynəkxaq ictimayət qatşısında üzr istəmək məcburiyyətində qaldı.

 Dünya etiraz etdi, yalnız Fransanın lideri, Emanuel Makron 2024 Olimpiya oyunlarının açılış mərasimini "qey parada" çevirən həmcins yoldaşlarının biabırçılığına susmaqla  haqq verdi.

 

TƏQVİM / ARXİV