Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirilib

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova arasında sentyabrın 23-də görüş keçirilib.
Bu barədə Adalet.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, Ə.İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcud media əlaqələrinin hazırkı vəziyyətinə toxunub. O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.
A.Raimkulova Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək türk xalqlarının ortaq mədəni dəyərlərinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianın mühüm rol oynadığını qeyd edib.
Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsində müxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər

Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur

Baku TV-yə xəbərdarlıq edildi

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirildi

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib - YENİLƏNİB
