Məktəbəhazırlıq qrupları ləğv ediləcək? - RƏSMİ
Məktəbəhazırlıq qruplarının bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirilib.
Adalet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.
O qeyd edib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər yayılıb: “Ancaq belə şey yoxdur, məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur”.
Orxan Abbasov eyni zamanda övladını birinci sinfə qoymaq istəyən valideynlərin texniki problemlə üzləşdiyi halda hara müraciət etməli olduqlarına da aydınlıq gətirib. O deyib ki, hər bir rayonda alternativ qəbul mərkəzləri var:
“Belə hallarla bağlı yerli təhsil qurumuna müraciət etmək tövsiyə olunur. Həmçinin “ASAN xidmət” mərkəzləri ilə də iş aparılır. Valideynlər texniki problemlə üzləşəndə ora da müraciət edə bilərlər. Bundan başqa Nazirliyin "whatsapp" nömrəsinə də yaza bilərlər".
Digər Xəbərlər
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47
Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib
10 Sentyabr 2026 16:14
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
10 Sentyabr 2026 11:08
“Bəs biz neçə tədris ili irəlidəyik?”
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23


Bakı -°C

