20 Iyun 2024 11:30
1736
ŞOU-BİZNES

Meyxanaçı: “Oğluma görə tikintini dayandırdım”

Məşhur meyxanaçı Tərlan Novxanı bu dəfə sənətindən yox, şəxsi həyatından danşıb.

Adalet.az xəbər verir ki, meyxanaçı oğlunun təhsilinə görə bir çox işləri dayandırıb:

“Bağ tikirdim, amma dayandırmışam. Böyük oğlum ali məktəbə qəbul oldu. İndi Türkiyədə oxuyur. Onun yanına gedib-gəlirəm deyə vaxtım olmur. Həm xərclərinə görə dayandırmışam, həm də usta işlətmək elə bir işdir ki, gərək iş gördürən adam o işə nəzarət etsin. Evin təmirində ustaların əlindən çox əziyyət çəkmişəm. Ona görə istəyirəm ki, hər şey öz ürəyimcə, öz zövqümcə olsun”.

Əntiqə