Müğənninin qəza törətməsinin səbəbi açıqlandı - Hadisə yerindən VİDEO
Xəbər verdiyimiz kimi, Zərdabda baş verən ağır qəzada muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, müğənninin yaxınlarının sözlərinə görə, hadisəyə Məftunun idarə etdiyi avtomobilin qarşısına heyvanların çıxması səbəb olub.
Belə ki, yol dumanlı və sürüşkən olduğundan Məftun heyvanları vurmaqdan yayınmaq istəyərkən maşın sürüşüb və idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Məftun Məmmədov Bakıda yaşayır, o, ailə üzvləri ilə birgə rayona "qara bayrama" gedibmiş. Qeyd edək ki, qəza nəticəsində Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova, digər oğlu Uğur və İntiqam xəsarət alıblar.
Hazırda onların Zərdab Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.
Digər Xəbərlər
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44
"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı - VİDEO
06 Oktyabr 2026 12:05
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
06 Oktyabr 2026 12:04
Azad Bayramov vəfat etdi
06 Oktyabr 2026 11:09
Vurulan gəmi Mübariz Mənsimova məxsusdur? - VİDEO
05 Oktyabr 2026 19:28
Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu - VİDEO
05 Oktyabr 2026 12:37
Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
05 Oktyabr 2026 00:03


Bakı -°C

