adalet.az header logo
  • Bakı -°C

 Müharbələr kortəbii başlamır... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
209 | 2025-12-26 10:40
A- A+

"Böyük siyasətdə heç nə kortəbi olaraq başlamır.  Müharibəlr əvvəlcədən qapalı dairələrdə qərarlaşdırılır və onların qərarları ilə dayandırılır". Eks kəşfiyyat zabiti Segey Jirnov qətiyyətlə  bildirir ki, müharibənin dayandırılması qərarı altı ay əvvəldən verilib və bunun üçün müəyyən şərait yaradılır, daha sonra bir neçə ay ərzində siyasətçilər tərəfinfən icra olunmağa başlayır.

 Eks kəşfiyyatçı bildirir ki, "biz hazırda Qərbin çıxışlarında sinxironluğu, diplomatik ritorikalarında dəyişikliyi müşayət edirik. Bu hadisələrin gedişinə göstərilən reaksiya deyil, sadəcə əvvəlcədən yazılan ssenariyə uyğun olaraq hərəkət etməkdir. Plan hazırdır  və başlama saatını gözləyir. Vaxt yetişib və hazırda plan həyata keçirilməyə başlayıb".

 Gizli diplomatiyanın planına görə, Ukrayna nə istəyirsə, onu da alacaq, ya qalib gələcək, ya da ən azından məğlub olmayacaq. Çünki, yuxarıdakılar belə qərar verib. Jirnovun fikirincə, planı hazırlayan yuxarıdakı güclər- ABŞ, Çin və qisməndə Avropadır. Rusiya subyekt deyil, bu qərarın obyektidir. Ona görə də,  bu üçlükdən kənardadır. Qəbul olunan qərar barədə Moskvaya məlumat verilməyib, vaxtı gələndə Moskvayada qərarla bağlı məlumat veriləcək. Bütün bunlar Rusiyanın başı üzərindən aparılır.

 Putin hesab edir ki, prossesə özü nəzarət edir, reallıqda bu belə deyil. Çünki, müharibənin ssenarisi başqa yerdə yazılıb. Müharibəni Rusiya başlayır, Qərb Ukraynaya kömək edir, müharibə uzanır və Rusiya tədricən iqtisadi cəhətdən çökür.  Artıq müharibəni dondurmağın zamanıdır.

 Kreml gizlərsədə, artıq tələyə düşüb. Putin oyuna gətirildiyini altı aydan sonra anladı. Müharibə uzandıqca Rusiyanın vəziyyəti çətinləşir. Lakin, Putin bilir ki, müharbənin dayanması, onun məğlub olması deməkdir. Ona görə də, ölkəsinin ağır nəticələrlə üzləşə biləcəyini başa deşsədə,  müharibəni davam etditmək məcburiyyətindədir. 

  ABŞ düşünür ki,  ki, istəyinə çatıb, müharibəni uzatmağın mənası yoxdur. Rusiya zəifləyib, Avropa yorulub, Ukrayna isə tam işğal olunmayıb, müharibəni bitirməyin vaxtıdır. 

  Lakin, Ukrayna tərəfinin  müharibənin belə finalla bitməsinə razı olacağı inandırıcı görünmür.  Yəqin ki, yaxın aylarda  aydın olacaq, müharibə bitir, yoxsa sonsuzluğa qədər  davam ediəcək...

 

 (Məqalədə "Novinka" saytınln materiallarından istifadə olunub)
 

  • Noyabr:
  • 28

TƏQVİM / ARXİV