2025-ci ildə dünyanı hansı sınaqlar gözləyir ?
Qlobal münaqişələr baş verə bilərmi?
Ötən 2024- cü il də, siyasi baxımdan çətin sınaqlardan keçdi. Rusiya- Ukrayna müharibəsi, İsrail-"HƏMAS"münaqişəsi, Suriyada 54 illik Əsədlər hökmüranlığının sonu, dünyaya əsas çağırışlar kimi qalmaqdadır. Buna görə, hərbiçilərin və diplomatların maksimum səfərbər olması vacib amillərdən sayılır.
Ötən il keçmiş postsovet məkanında da bəzi çətinliklərlə yadda qaldı. Moldova və Ermənistanın tədricən Rusiyadan üz çevirmələri, Gürcüstanda keçirilən seçkilərin ölkədaxili yaratdığı gərginliklər, Abxaziyada kütləvi etiraz aksiyakarının keçirilməsi, üç ildir sürən Ukrayna müharibəsindən başını itirməkdə olan Rusiyanı çıxılmaz dalana dirəməkdıdir.
Moldivanı idarə edən əsas qüvvələr Avropa İttifaqına inteqrasiyanı qarşılarına siyasi layihə kimi məqsəd qoyublar. Düzdür, bu layihənin əleyhinə olan ölkədaxili qüvvələr ilk baxışda güclü görünsələr də, Avropa dövlətlərinin Maya Sandu hakimiyyətini dəstəkkəməsi göstərir ki, onlar yalnız hadisələri ləngidə bilərlər, lakin qarşısını almaq gücündə olmayacaqlar.
Ermənistanda vəziyyət daha qarışlq durumdadır. Azərbaycan Prezidentinin qətiyyətli hərbi- siyasi gedişi nəticəsundə, ermənilərin yüz illərdi hazırladlqları "miatsum" layihəsini tamanilə iflasa uğratması onların bütün ümidlərini heçə endirdi. Ona görə də, ermənilər bütün günahları, ömürləri boyu for- postu olduqları Rusiyanın üstünə yıxmağa çallşırlar. Əslundə heç Rusiyanın da, erməni treki üzərində işləmək imkanları da o qədər geniş deyil. Ona görə də Kreml mövcud olan jpvrək status kvotanı saxlamağa cəhd edir.
Daha sonra ,dost saydıqları Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, Rusiyanı faktiki olaraq yeni hakimiyyətlə danışıqlara sıfırdan başlamasına aparır. Alınacaqmı ya yox, bunu zaman göstərəcək.
Yanvarın 20-də inaqurasiyası gözlənilən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın da vəzifəsinin icrasına başlaması, beynəkxalq prosseslərin hansı istiqamətə yönələcəyinə aydınlıq gətirmir.
Qərbin strateji xətti, həmişə olduğu kimi, ABŞ-ın yeni hakimiyyət başçısının apardığı sitasət ətrafında qurulur. Lakin, hələ ki, Trampın xarici siyasət strateqitasının hansı istiqamətdə inkişaf etdiriləcəyi onlar üçün naməlum olaraq qalmaqdadır. Sadəcə olaraq, 2025- ci ildə yeni seçilmiş prezidentin bu istiqamətdə göstərəcəyi təşəbbüslərini gözləmək məcburiyyətində qallblar.
Hələ ki, heç kim sona qədər bilmir ki, "Tramp planının" mahiyyəti nədən ibarətdir. Bu da təbii ki, Qərbdə müəyyən əsəbilik yaradır. Dünyada hər kəsi maraqlandıran bir sual var, Donald Tramp seçki marafonunda verdiyi sözə əməl edə biləcəkmi? 2025- ci ildə dünyada mövcud olan münaqişələri bitirə biləcəkmi, yoxsa, bu münaqişələrin yalnız qaynar ocaqlarını dayandırmağa gücü çatacaq? Və ümumiyyətlə gücü çatacaqmı?
Göründüyü kimi, hazırda Rusiya və NATO arasında qlobal münaqişə getdikcə daha da teallaşmaqdadır. Ukrayna müharibəsi bu qarşldurmanın yalnız bir hissısidir. Bu hələ o demək deyil ki, Rusiya və NATO arasında geniş miqyaslı müharibə başlaya bilər. Lakin hər iki tərəfin açıq şəkildə buna hazırlıqlar görməsi göz qabağındadır. İstənilən tərəfin bilərəkdən və ya bilməyərəkdən səhvən "buraxılış düyməsinə" basması dünyanl fəkakətə apara bilər.
Bəli, bu bir fakdlr ki, Rusiya və Qərb (ABŞ, NATO) bir -birilərinə qarşı açıq düşmən mövqedə dayanıblar. Açıq şəkildə bir-birilərini nüvə hücumları ilə təhdid edirlər. Lakin, ümid edirik ki, bağlı qapılar arxasında hər iki tərəf belə bir riskin reallığını dərk edəcək və bundan çıxış edərək müvafiq, daha ağıllı qərarlar qəbul edəcəklər...