"Naxçıvana maneəsiz keçid məsələsi hələ də həllini tapmayıb" -Ceyhun Bayramov

Sloveniyalı həmkarıma Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra regionda yaranan yeni reallıqlar barədə məlumat verdim.
Adalet.az xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması, Azərbaycanın prosesin tam yekunlaşdırılması üçün olan legitim gözləntilərini Ermənistanla bir daha müzakirə etmək şansı olub: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi və Minsk qrupunun ləğvini qeyd etdim. Delimitasiya prosesi aparılır, hələ də kommunikasiyaların açılması məsələsi qalır. Naxçıvanla maneəsiz keçidin hələ də təmin edilməməsi barədə də fikir mübadiləsi aparıldı. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, orada gedən proseslərə ən böyük təhdid olan mina təhlükəsi də müzakirə edildi”.
Digər Xəbərlər

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat
