Naxçıvanda “Media Savadlılığı” mövzusunda təlim keçirildi - FOTOLAR
Dekabrın 16-da “Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında könüllülər üçün “Media Savadlılığı” mövzusunda təlim keçilib.
Adalet.az xəbər verir ki, təlimçi qismində çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova bildirib ki, müasir dövrdə xüsusilə gənclər sosial medianın və müxtəlif rəqəmsal platformaların fəal istifadəçiləri olaraq məlumatı operativ formada qəbul edərək paylaşırlar, bu səbəbdən onların düzgün və etibarlı informasiyanı ayırd edə bilmələri, həmçinin dezinformasiyalardan qorunmaları üçün media savadlılığı böyük önəm kəsb edir.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd həssas istifadəçi qrupu hesab edilən gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təminində gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.
Təlimin sonunda könüllülərə sertifikatlar təqdim edilib.
Digər Xəbərlər
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50


Bakı -°C

