Nəsrullah öldürüldü, Yaxın Şərqdə vəziyyət dəyişəcəkmi? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
856 | 2024-09-30 11:48

Xəbər verildiyi kimi, İsrailin "Hizbullahın" obyektlərinə kütləvi hücumları nəticəsində, qruplaşmanın lideri Həsən Nəsrulla öldürülüb. İsrailin Ynet mətbu orqanının verdiyi məlumata görə, İsrailin hərbi hava qüvvələri, hərəkat liderinin Beyrutda yerləşən bunkerinə hər biri bir tindan çox çəkisi olan 80-dən çox bunkerəleyhinə bomba zərbələri endirib.  Əl-Cəzirənin yaydığı məlumatlara görə, əməliyyatı 69-cu eskadriliyanın F-51 qırıcı təyyarələri həyata keçirib.

 Bu zərbələrdən dərhal sonra mənbə məlumat verib ki, qruplaşmanın lideri Həsən Nəsrulla əlaqəyə çıcmaylb. Səhəri gün "Hizbullah" onun öldüyünü təsdiqləyib. "Həsrullah , 30 il rəhbərlik etdiyi təşkilatın əzabkeşlərinə qovuşdu"- deyə hərəkatdan bildirilib.

 The New York Times qəzetinin məlumatlarına görə, İsrail artıq bir neçə aydır ki, Nəsrullahın yerini müəyyənləşdirməyə çalışırdı. "Hizbullahın" lideriylə yanaşı, qızı Zeynəb də daxil olmaqla  daha 10 nəfərin öldürüldüyü və 108 nəfərin yaralandığı bildirilir.

  İranın Mehr agentliyindən isə bildirilib ki, həmin vaxt bunkerdə olan İranın İslam inqilabı keşikçiləri korpusunun baş komandanının müavini, general Abbas Nilforuşan da qətlə yetirilib.

 "Hizbullah" hərəkatının dəyişməz liderinin ölümü, Yaxın Şərqdə nələri dəyişə bilər?

 Təbii ki, qruplaşmanın liderinin həyatını itirməsi təsirsiz ötüşməyəcək. "Hizbullah" buna cavab verməyə çalışacaq. The New York Times mənbələrinə əsasən yazır ki, hərəkata Nəsrullanın əmisi oğlu Həşim Səfi baş katib gətiriləcək. 

 Həşim Səfi Əd-Din- "Hizbulahın" sayılan fiqurlarındandır. O, hazırda qruplaşmanın icrayyə şurasının sədridir. Bildirilir ki, onun İranla çox yaxın münasibətləri var. Həşim Səfinin oğlu Seyid Rza Səfi, 2020- ci ildə məhrum general Qasım Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib. 

 2017- ci ildən ABŞ dövlət departamenti tərəfindən terrorist elan edilən Həşim Səfi, İranın dini lideri tərəfindən dəstəklənir. İranın dini lideri Əli Xamenei bütün dünya müsəlmanlarını "Hizbullaha" kömək etməyə çağırıb. 

 Görünən odur ki, İsrailin Livana hücumlarını dayandırması ilə bağlı verdiyi bəyənata baxmayaraq, Yaxın Şərqdə vəziyyət getdikcə daha da gərginləşəcək.

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV