adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2023 17:15
10376
LAYİHƏ

“Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi tələbələrlə görüş keçirdi - FOTO

“Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyi “Əlil Qadınlar Cəmiyyəti”nin ofisində tələbələrlə görüş keçirib.

Adalet.az xəbər verir ki, bu barədə QHT rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Universitetinin Sosial iş və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə məqsəd onlara əlilliyi olan qadın və qızlarla davranış qaydalarını aşılamaq olub.

“Gələcəyin dövlət xidmətlərində çalışacaq olan tələbələrlə maraqlı görüş oldu.   Onları maraqlandıran sualları cavanlandırdıq. Əlilliyi olan şəxslərlə davranarkən nələrə diqqət etməli olduqları haqda geniş məlumat verdik”, – E.Dərziyeva bildirib.

Seminara qatılan ali təhsil ocaqlarının əməkdaşlarının mövzu ilə bağlı çıxışları olub, onların hazırladıqları slayd nümayiş etdirilib.

Sonda seminarda iştirak edən tələbələrə “Əlil Qadınlar Cəmiyyəti” ilə “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin üvləri tərəfindən serifikatlar təqdim olunub.