“O silahlar hesabına özünü olduğundan böyük görən Ermənistan...”
“Fransanın atdığı addımlar daha çox Rusiyanı regiondan sıxışdırıb, çıxarmağa hesablanıb. Ermənistanla Rusiya arasında mövcud olan soyuq münasibətlər fonunda, Fransa əlində olan silahların çox kiçik bir hissəsini Ermənistana verməklə mövcud işğalçı rejimi bir qədər cəsarətləndirməyə çalışır”
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ə.Verdiyev çıxışına daha sonra bunları əlavə edib:
“Bu isə regionda heç bir halda sülhə və sabitliyə xidmət etməyən addımlardır. Nəticə etibarı ilə nə Vətən müharibəsində, nə də ondan sonra baş verən toqquşmalarda bir nəfər də olsun fransız əsgərinin burnu qanamayıb. Amma başqa ölkələrdən alınmış silahlar hesabına özünü olduğundan böyük görən Ermənistan Azərbaycana qarşı fəaliyyətlərə yol verib, ərazilərini atəşə tutub, ərazilərində mülki əhalinin həlak olmasına gətirib çıxaran raket hücumları həyata keçirib. Amma nəticə etibarı ilə bu müharibəni uduzan da, kifayət qədər böyük ərazi, şəxsi heyət, texnika itirən də Ermənistan olub. Başqa sözlə desək, Fransanın bu fəaliyyətləri Ermənistan üçün növbəti fəlakətlərə gətirib çıxaracaq hadisələrin anonsu kimi də dəyərləndirilə bilər”-deyə hərbi ekspert bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
17 Mart 2026 19:00
Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək
17 Mart 2026 13:51
"Qanunun bu maddəsinin əleyhinəyəm" - Deputat
17 Mart 2026 13:32
Milli Məclis Prezident və birinci xanımı təbrik edib
17 Mart 2026 11:42
Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya etdi
17 Mart 2026 11:38
"Dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin..." - Siyavuş Novruzov
17 Mart 2026 11:37
Razi Nurullayev: Əlillik təyinatı prosesi vətəndaşlara çətinlik yaradır
17 Mart 2026 11:31
Deputat Müdafiə Nazirliyinə sorğu ünvanladı: "İctimaiyyət vaxtında məlumatlandırılmalıdır"
17 Mart 2026 11:21


Bakı -°C

