04 Dekabr 2024 12:39
207
MƏDƏNİYYƏT

Oğru hayların gözü yaşlı:Qarabağ kimi təndir çörəyi də Azərbaycanın imiş

Haylar Çar Rusiyasının murdar siyasəti sayəsində Qafqaza yerləşdikdən sonra özlərinə dövlət qurmaq eşi ilə yaşadılar. Dövləti qurmağın isə əvvəlcə onun dövlət olmasını təmin edən bir sıra şərtləri olmalıdır. Köçəri və qaraçı hind tayfalarından olan hayların belə bir bazası yox idi.

Hay ideya müəllifləri Qafqaza gəldikləri ilk gündən – 1813-1828-ci ildən başlayaraq yerli xalqlara məxsus dövlətçilik ənənələrini yerli xalqların milli atributlarından oğurlamaqla yaratmağa başladılar. Əvvəlcə torpaqlarımızı, şəhər və kəndlərimizi, tarixi abidə və məbədlərimizi, musiqi , rəqs və mahnılarımızı, tikmə, toxuma sənət nümunələrimizi, ümumiyyətlə , gözlərinə görünən hər adda milli irsimizi həyasızcasına oğurlamağa başladılar. Oğurladıqlarının içərisində isə xalqımızın kulinariyasına məxsus şirniyyatlar, yeməklər, çörəklər əsas yer tutdu.
Məsələn, mətbəximizin bəzəyi olan dolmanı “tolma” adlandırıb öz adlarına çıxmaq istəyən haylara 2017-ci ilin 4–9 dekabr tarixində layiqli cavab verildi.

Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi "Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi" UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi . Yəni , Dolma Azərbaycan xörəyi kimi qeydə alındı.
Buna bənzər hadisə Lavaşımızın da başına gəldi.

Şükür ki, 2016-cı ilin 28 noyabr – 2 dekabr tarixində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.

Qafqazda məskunlaşan hindli qaraçılar uzun illərdir ki, təndir çörəyi ilə bağlı iddialar edir ki, guya yaşadıqları ərazi “böyük Ermənistan” ərazisi olduğu üçün bu ərazilərdə bişirilən və ləzzətinə, qoxusuna doyum olmayan təndir çörəyi bunların ulu babalarından, ulu nənələrində qalıb. Təndir çörəyini gah Tatev, gahda Razdan adı qoymuş haylar adıgedən şəhərlərdə təndir çörəyinin qədim tarixə malik olduğunu da deməyi unutmayıblar.

Bir ağlı başında olan hay da çıxıb demir ki, 1959-cu ilədək Axta rayonu adlandırılan həmin o Razdanda 1897-ci ilə qədər ancaq azərbaycanlılar yaşayıb. Tatev də (tat-evi) haylar Qafqaza gələnə qədər Gorusun tərkibində olan bir kənd imiş... Uzun sözün qısası, burda qədim zamanlarda biri təndir qalayıb, çörək bişiribsə, bu əlbəttəki rusların 1828-ci ildə Qafqaza sürdükləri qaraçı taburlarının ulu babası deyil, tam türk elləridir.

Sosial şəbəkələrdə hay və türk(azərbaycanlılar)arasında qarşıdurmaların böyük əksəriyyəti hayların bizdən oğurladığı mədəni irsimizlə bağlı olub.


Adalet.az xəbər verir ki, nəhayət uzun illərin dartışması həqiqətin təsdiqlənməsi ilə başa çatıb. Beləki, 2 dekabrda başlayan və 7 dekabra qədər Paraqvayın paytaxtı Asunsion şəhərində UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası işinə başlayıb. Budəfəki sessiyada “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.
UNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar 3 dekabrda elan edilib.
Ümid edirik ki, bir gün ermənilərin özəlləşdirərək “cinqalov xats” dedikləri Qarabağ mətbəxinə məxsus göy kətəsi (göy qutabı) də əsl sahiblərinin malı kimi dünyaya tanıdılacaq.

Zatən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru olmuş Tahir Əmiraslanov da deyirdi ki, erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş "Gənc aşpaz" kitabında 243 yemək resepti göstərilsə də, aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Onun sözlərinə görə, peşəkar aşpazın erməni tələbələr üçün yemək kitabı yazaraq erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməməsi ümumiyyətlə Ermənistan mətbəxinin saxtakarlıq üzərində qurulmasını göstərir.

 Əntiqə Rəşid