Pensiyaçılar artımları nə vaxt alacaq? - Sədr müavini açıqladı
Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq.
Adalet.az-ın məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.
O qeyd edib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur.
“Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq.
Artırılan müavinətlər isə bu aydan veriləcək. Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar", - deyə o bildirib.
Digər Xəbərlər
09 Sentyabr 2026 09:00
Yol qaşındı, amma asfalt salınmadı...
08 Sentyabr 2026 16:58
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
08 Sentyabr 2026 14:50
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
08 Sentyabr 2026 11:14
Sakinləri hər gün kabab tüstüsünə tutan "Valentino" restoranından şikayət - VİDEO
08 Sentyabr 2026 07:39
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - VİDEO
07 Sentyabr 2026 13:44
“Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO
07 Sentyabr 2026 12:12
“AzerGold” Zod qızıl yatağında ilk qazma əməliyyatını həyata keçirib - FOTO/VİDEO
07 Sentyabr 2026 10:36


Bakı -°C

