Pişiyə işgəncə verən şəxs məsuliyyətə cəlb edildi - YENİLƏNİB + VİDEO
Pişiklə rəhimsiz davranan şəxslə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görüntülərdə əks olunan şəxs Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə görə heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.
10:43
Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi cavab verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.(oxu.az)
Digər Xəbərlər
12 Dekabr 2025 19:09
Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından ZƏHƏRLƏNDİ
12 Dekabr 2025 12:57
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
12 Dekabr 2025 09:58
Bakıda qəza güclü yanğına səbəb oldu - VİDEO - YENİLƏNİB
11 Dekabr 2025 17:37


Bakı -°C

