Polis 7 avtomat, qumbara və tüfəngləri aşkar edərək götürüb

Fevralın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat, 1 tapança, 1 qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Digər Xəbərlər

Erməniəsilli şahid: Xankəndi ətrafında 2, Əsgəranda 1 hərbi anbar yaradılıb

Erməniəsilli şahid: Minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib

Bakıdakı davanın səbəbi məlum oldu - Həmin şəxslərdən birinin xanımına mesaj yazıbmış
