adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 May 2020 16:27
79700
LAYİHƏ

Qara Yusif

(əvvəli ötən saylarımızda)

Teymuri qoşunun Azərbaycandançıxarılması, Qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara YusifləSultan Əhməd arasındakı münasibətləri pozdu. Qara Yusifin siyasi və hərbiuğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə olan şərtini pozdu.Sultan Əhməd Qara Yusifin üzərinə hücuma keçməyə fürsət axtarırdı.

Bu fürsət 1410-cu ilin yayında ələdüşdü. 1410-cu ilin yayında Sultan Əhməd Qara Yusifin əsas qüvvələrinin Ərizcanahücum edən Ağqoyunlu tayfa birliyinin başçısı Qara Yuluq Osmana və Amidqalasının hakiminə qarşı vuruşmasından istifadə edərək, Təbrizə hücuma keçdi vəşəhəri tutdu. Şirvanşah I İbrahimin oğlu Kəyumərs də ona kömək edirdi. Bu, təbiiidi. Çünki bu vaxt Cəlairilər zəif idilər, Şirvan üçün təhlükəli deyildilər.Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərindəmöhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif Şirvan qoşunundan əvvəl Təbrizəçatdı. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdəQara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı. Bu döyüşdə Cəlairi qoşunudarmadağın edilir, Sultan Əhməd döyüş meydanından qaçıb gizlənməyə çalışarkənQara Yusifin əlinə keçir. Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsihaqqında ondan yazılı iltizam alınaraq ertəsi gün edam edilir. Bununla da CəlairilərinAzərbaycandakı hakimiyyətinə son qoyulur. Qara Yusif oğlu Qiyasəddin şah MəhəmmədiBağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı.Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla qalan Azərbaycantorpaqları, Şərqi Anadolu, Gürcüstanın şərq hissəsi, Qərbi İran və İraq bu dövlətintərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı oldu. 1411-ci ildə Qara Yusifözünü yox, oğlu Pirbudağı sultan elan etdi. Çünki dövrün ənənəsinə görə yalnızşah, sultan nəslinə mənsub olanlar qanuni hökmdar hesab olunurdular. UzaqgörənQara Yusif bunu yaxşı bildiyindən, Pirbudağı sultan Əhmədə oğulluğa vermişdi (həpsxanadaolarkən). Ancaq yüksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Qara Yusifdövrünün böyük şəxsiyyəti idi. O, qüvvətli süvari ordu yaratmışdı, özü Azərbaycanıncənub vilayətlərini, oğlanları isə dövlətin qalan hissəsini idarə edirdilər. IIŞənbi Qazan döyüşündə Şirvanşahların Sultan Əhmədə kömək etməsi Qara YusifinŞirvana hücum etməsinə səbəb oldu. Bu zaman Şirvanşah I İbrahim gürcü hökümdarıvə şəkili Seyid Əhməd Orlatla ittifaq bağlamışdır. 1412-ci ildə Kür çayısahilində baş verən döyüşdə Şirvanşahların başçılıq etdiyi müttəfiqlərin birləşmişqoşunu Qara Yusifin qoşunları tərəfindən məğlub edildi. Şirvanşah I İbrahimbaşda olmaqla müttəfiqlər əsir götürüldü. Qara Yusif əsirləri özü ilə bərabər Təbrizəgətirdi. Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağabaşladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı MövlanaZahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Bu zaman Təbrizintacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifindivanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə,Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. QaraYusif buna razı oldu və təbrizlilər Şirvanşahın azad edilməsi üçün Qara Yusifındivanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləğiŞirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızlarıverdi. Bundan sonra Qara Yusif Şirvanşah I İbrahimi azad edir (digər əsirlərbaşda Şəki hakimi Seyid Əhməd Orlat və gürcü hökümdarı olmaqla hamısı edamedilir). Kür döyüşü nəticəsində Şirvanşahlar Qaraqoyunlulardan asılılığı qəbuledirlər.

Qaraqoyunlu dövlətinin ən güclüdüşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə QaraYusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu.Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi.Sultan Şahrux Azərbaycanı, İraqı Qara Yusifin əlindən almaq və onu asılı birhökmdar halına salmaq məqsədi ilə 1420-ci il avqustun 25-də Heratdan 200 minlikordu ilə Azərbaycana yürüşə başlayır. Sultan Şahruxun qaraqoyunlularla döyüşdənqabaq qələbə naminə Quranın Fəth surəsini 12 min dəfə əsgərlərinə oxutdurmasıfaktı onun Qara Yusifə necə təhlükəli, ciddi bir rəqib kimi baxdığını təsdiqedir.

Teymuri hökmdarı Şahruxlasavaşa qərar verən Qara Yusif xəstə olmasına baxmayaraq, ordusunun Təbrizdətoplanmasına qərar verir.

O, döyüşə getməzdən öncəoğlanlarına yazdığı məktublarda teymuri ordusundan çəkiniləcək bir şeyinolmadığını güstərir. Şübhəsiz, teymurilərin hərb üsullarını, döyüş qaydalarını,qüvvətli və zəif tərəflərini onun qədər bilən olmamışdır. Mənbələr Qara Yusifinmüəyyən hərbi-taktiki planlar (yeni ordu tipi) hazırlaması haqda da xəbərverirlər. Qaraqoyunlu qoşunu Təbrizdən cənubda Ucan şəhərinin şimal-qərbindəyerləşən Səidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşır.O, 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat edir. Beləliklə, sultan Şahruxlagözlənilən döyüş baş tutur. Qara Yusifin cəsədi Ərcişə aparılaraq dəfn edilir.

Qara Yusifin ölümündən sonraQaraqoyunlu dövləti zəiflədi.

Azərbaycan Qaraqoyunlu dövlətininqurucusu Qara Yusif dövrünün görkəmli sərkərdələrindən və tanınmış simalarındanbiri olmuşdur. Onun çox mükəmməl sərkərdə olmasını, igidliyini başda teymurilərolmaqla bütün düşmənləri də etiraf etmişlər. Qara Yusifin qələbələri artıqbütün Şərqdə "Azərbaycan qoşununun tüğyanı" kimi qiymətləndirilirdi.Qara Yusif ölkəsində quruculuq işlərinə xüsusi diqqət yetirmiş, əhaliyə xoş münasibətgöstərərək onları daim diqqətdə saxlamışdır.

Qara Yusif güclü mərkəzi aparatyarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanlarıhakimiyyətlə hesablaşmağa məcbur etdi. Tariximizin ən mühüm mərhələlərindənolan bu dövr haqqında ümumilikdə Qaraqoyunlu tayfalarının Azərbaycanda başvermiş siyasi mübarizədə iştirakı, Qaraqoyunlu-Teymuri münasibətləri,Qaraqoyunlu-Ağqoyunlu münasibətləri, Qara Yusif və onun cəsur ordu başçısı,hökümdar kimi zaman tunelində yeri və rolu barədə Zeynəddin bin Həmdullah Qəzvininin"Zeyl-e tarix-e qoz de" ("Seçilmiş tarixə"ə əlavə), NizaməddinŞaminin "Zəfərnamə" və Əbubəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"adlı əsərlərində geniş və qiymətli mənbədir.

(ardı gələn sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.