09 Iyul 2024 17:26
515
ELM VƏ TƏHSİL

Qarabağ Universitetində təhsil alacaq tələbələrin sayı AÇIQLANDI

2024/2025-ci tədris ili üçün Qarabağ Universitetində ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.

Adalet.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərə ali təhsil ənənələrinin qaytarılması əsas məqsədlərdən biridir: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi. Biz də Qarabağ Universitetinin gələcəyi ilə bağlı aparacağımız işlərlə bağlı müvafiq tapşırıqları dövlət başçımızdan almış olduq”.